Sen 08, 2018 13:47 Asia/Baku
  • İranlı gənc atlet əllillərarası ağırlıqqaldırmaq üzrə dünya rekordunu təzələdi

İranlı gənc atlet Əlirza İzədi 49 kq çəki dərəcəsində dünya rekordunu təzələyərək, əlillərarası ağırlıqqaldırmaq üzrə Asiya və Okeaniya Çempionatının qalibi olub.

İRNA-nın məlumatına görə, Əlirza İzədi Yaponiyada keçirilən yarışlarda 140 kq ağırlığın öhdəsindən gələrək, 49 kq çəki dərəcəsi üzrə əllillər arası ağırlıqqaldırmaq üzrə dünya rekordunu təzələyib. Əlirza İzədi bu nəticə ilə gənclərarası yarışların qızıl medalına yiyələnib.

Bundan öncə əlillərin gənclərarası ağırlıqqaldırmaq üzrə dünya rekordu 131 kq ilə iranlı atlet Möhsün Bəxtiyara aid idi. Əlirza İzədi isə 140 kq ilə bu rekordu təzələyib.

Əlillərarası gənclərin ağılıqqaldırmaq yarışları bu gün Yaponiyanın Kitakyuşi şəhərində start götürüb. Yarışlar 12 sentyabra kimi davam edəcək.

Teqlər