Sen 22, 2018 15:36 Asia/Baku
  • Çox faydalı mikrobların köməyi ilə qidalandırıcı gübrə istehsalı
    Çox faydalı mikrobların köməyi ilə qidalandırıcı gübrə istehsalı

Şiraz Universitetinin Kənd Təsərrüfatı İnstitutunun tədqiqat qrupu böyük bir iş görərək, ev zibillərinə bir məhlul əlavə etməklə onlardan bitkilər üçün faydalı və qidalandırıcı gübrə istehsal edə bilibdir.

18 ay təqdiqatdan sonra səyləri nəticə veribdir.

Müsahibə: Biz indiyədək otuz növ bakteriya əldə edə bilmişik.

Zibilliklərdə faydalı bakteriyalar yaya bilmiş Şiraz Universitetinin Kənd Təsərrüfatının İnkişafı üzrə beynəlxalq mərkəzin tədqiqat qrupu zibili sürətlə onları təşkil edən faydalı maddələrə parçalayan bakteriyalar yarada bilibdir.

Müsahibə: Adi vəziyyət təqribən dörd ay sürür, lakin bu, iki-üç həftəyədək azalda bilər.

Bu elmi tapıntı ilə bundan sonra mənzillərdə parçalana bilən zibillərin üzərinə bu bakteriyaların məhlulunu tökməklə gübrə istehsal etmək olar.

Müsahibə: Bu metodla təqribən altmış faizdən yetmiş faizədək zibili kənd təsərrüfatında istifadə olunan komposta çevirə bilərik.

Əldə olunan gübrə torpaq üçün protein, vitamin və faydalı maddələrlə doludur.

Müsahibə: Bir maye formasındadır. Su ilə durularaq, güllərə səpmək üçün istifadə olunmaq qabiliyyətinə malikdir.

Əlbəttə, yerdə qalan tullantılar da kənara atılmır, çünki onlardan kompost düzəltmək olar.

Müsahibə: Bir qat daş tikəsi, bir qat iri çınqıl, ev zibillərinə şamil olan digər bir qat və bu qatın bir kilosuna əlavə olunan torpaq qurdu.

Bu gübrənin nümunəsi təqribən iki ay bundan öncə kənd təsərrüfatı institunun bu tədqiqat tarlasında uğurla sınaqdan çıxıbdır.

Müsahibə: İstehsal göstəricisinin 20-30 faiz həddində artmasını bizim üçün mümkün edibdir.

Biz bu gübrənin qidalandırıcı maddələrindən xəbərdar olmaq üçün onu torpaq laboratoriyasına apardıq.

Müsahibə: Üzvi karbon, azot, fosfor, kalium, dəmir, sink, maqnezium, mis, həmçinin yüksək səviyyədə vitaminlərə malikdir.

Tədqiqatçılar deyirlər ki, qidalandırıcı maddələrlə dolu olan bu təbii gübrənin torpağa əlavə olunması kimyəvi gübrələrdən istifadədən irəli gələn torpağın zəifliyinin qarşısını alır.

Müsahibə: Üzvi maddələrin parçalanması məsuliyyətinə malikdirlər. Fermentlərin ifrazı bitkilərə lazım olan amin turşusunun parçalanması və azad olunmasına, həmçinin fermentlərin və digər tərkiblərin azad olmasına səbəb olur. 

Şirazda təqribən minlərlə ton zibil istehsal olunur ki, bu zibillərin yığılması və basdırılması üçün hər gün yüz milyon tümən pul xərclənir, halbuki bu zibillərin 700 tonu bu bakteriyaların köməyilə gübrəyə çevrilmək qabiliyyətinə malikdir.

Bu gübrənin torpağa aşılanması torpağın üzvi maddələrini iki-üç dəfə artıra bilər.