Sen 23, 2018 21:39 Asia/Baku
  • "Fars Körfəzi" adlı tədqiqat gəmisi Buşehr sahilinə yan alıb

İranlı tədqiqatçılar bir neçə dəniz stansiyasından nümunə götürmək üçün dəniz patrülları həyata keçirirlər. Bu məqsədlə regionun ən böyük layneri Fars Körfəzində lövbər salıbdır.

Bu gəmi "Fars Körfəzi" adlı tədqiqat gəmisidir.

Bu gəmi Yaxın Şərqdə ən böyük laynerlərdən biri kimi ixtisas şəklində özünün tədqiqat patrullarında okeanşünaslıq üzrə araşdırmalar aparır.

Müsahibə: Bu patrulda bütövlükdə 27 stansiyadan nümunə götürəcəyik. Xuzistan, Buşehr, Hormozqan və Sistan və Bəluçestan vilayətlərinin sahillərində, Oman dənizinin dərin sularında. Bunlar bizim Fars Körfəzindəki on beş stansiyamızdır. Hörmüz boğazında 7, Oman dənizində də beş stansiya. Mütəxəssislər tərəfindən bütövlükdə 25-dən çox ekoloji faktor və parametr götürüləcək.

Hazırda özünün üçüncü səfərini təcrübə edən "Fars Körfəzi" adlı tədqiqat gəmisi ilk dəfədir ki, Buşehr sahilinə yan alır.

Müsahibə: Bu gəmi ixtisaslaşdırılmış formada okeanşünaslıq araşdırmaları aparır, yəni dənizin fiizikası, kimyası, geologiyası və biologiyası, eləcə də dənizdə mövcud olan çirklənmələrin öyrənilməsi ilə bağlı işlər görür.

Müsahibə: Müxtəlif dərinliklərdən götürülmüş su nümunələrinin təmizlənməsilə məşğuluq.

Bu tədqiqat gəmisində 27 nəfərlik bir qrup fəaliyyət göstərir ki, onların 12 nəfəri tədqiqatçıdır. Bu səfərə 60 milyon tümən vəsait ayrılıb.

Müsahibə: Fars Körfəzi üzrə okeanşünaslıq mərkəzindən üç tədqiqatçı gəmini müşayiət edir. Yerli əməliyyatdan və nümunənin götürülməsindən sonra bu nümunələrin müəyyən hissəsi Buşehr mərkəzinə köçürüləcək və Buşehr mərkəzindəki tədqiqatçılarımız nümunələr üzərində sınaqlar həyata keçirəcəklər

Bu tədqiqat səfəri iki həftədən sonra başa çatacaq və bu dəniz tədqiqatının yekun nəticələri ekoloji və qeyri-ekoloji mənbələrdən davamlı istifadə məqsədilə Fars Körfəzi və Oman dənizinin daha yaxşı öyrənilməsinə səbəb olacaqdır.