Okt 07, 2018 18:19 Asia/Baku
  • 2018-ci il paralimpiya oyunlarında İran karvanının ilk qızıl medalı
    2018-ci il paralimpiya oyunlarında İran karvanının ilk qızıl medalı

İranlı üzgüçü İndoneziyada keçirilən 2018-ci il paralimpiya oyunlarında İran karvanının ilk qızıl medalını əldə edib.

S10 dərəcəsində 100 metr məsafəyə delfin üzmə növündə iranlı idmançı Şahin İzədyar Suriya, İndoneziya, Malayziya, Qazaxıstan və Tailanddan olan rəqibləri ilə yarışmada bu növ üzrə qızıl medal qazana bilibdir.

Şahin İzədyarın bu medalı qazanmaq üzrə rekordu 1 dəqiqə 7,12 saniyə olub. İkinci yeri tutmuş indoneziyalı üzgüçünün göstərici isə 1 dəqiqə 7,66 saniyə olubdur.

2018-ci il paralimpiya oyunlarında 43 ölkədən oan 2831 əlil idmançı iştirak edir. Onlar bir həftə müddətinə 18 idman növünün 531 bölməsində rəqabət aparacaqlar.

Teqlər