Okt 15, 2018 09:56 Asia/Baku
  • Gənclərin Olimpiya Oyunları - 2018; İran sərbəst güləş üzrə 2 gümüş medal qazandı
    Gənclərin Olimpiya Oyunları - 2018; İran sərbəst güləş üzrə 2 gümüş medal qazandı

İranın sərbəst güləş üzrə milli komandası Buenos Ayresdə keçirilən Gənclərin Olimpiya Oyunları 2018-də 2 gümüş medal qazanıblar.

İRNA-nın bildirdiyinə görə, Argentinanın Buenos Ayres şəhərində keçirilən Gənclərin Olimpiya Oyunlarının davamında Məhəmməd Kərimi və Əmir Hüseyn Zare 65 və 110 kq çəki dərəcələrində gümüş medala yiyələniblər. 

Bu iki medal ilə İranın idman karvanı medallarının sayını 10-a çatdırıb. 

İran İslam Respublikası indiyə kimi Buenos Ayresdə keçirilən Gənclərin Olimpiya Oyunlarında 6 qızıl, 3 gümüş və bir bürünc medal əldə edib. 

3-cü gənclər arası olimpiya oyunları 6 oktyabrda Argentinanın Buenos Ayres şəhərində start götürüb. 

İran bu yarışlarda 49 idmançı ilə iştirak edir. 

Teqlər