Okt 20, 2018 21:32 Asia/Baku
  • Zəfəran; möcüzəli bitki
    Zəfəran; möcüzəli bitki

İranlı mütəxəssislər bütün sahələrdə olduğu kimi dərman preparatlarının istehsalında da iri addımlarla irəliyə doğru hərəkət edirlər. Əlbəttə, bu yolda qədim xalq təbabəti də onların köməyinə çatır.

İnsanın zəfəran ilə tanışlığının 3 min ilə yaxın keçmişi var. İbn Sina onu şəfalı bitki adlandırıb. Amma, son zamanlara kimi İranda zəfərandan sadəcə yeməklərdə bir ədviyyat kimi istifadə olunardı. Amma, İbn Sina elmi araşdırmalar mərkəzində zəfəranın yeni faydaları aşkar edilib.

“Zəfəranın müalicəvi xüsusiyyətləri, özəlliklə depresiya və iztiraba qarşı olması onun tərkibindəki kerosin maddəsinə görədir. Buna görə də kerosin maddəsini zəfərandan ayırmaq və bununla da onun müalicəvi təsirini daha da artırmaq qərarına gəldik.”

“Kerosin” maddəsinin əldə edildiyi mərkəz isə buradır. Zəfəranın tərkibində olan və ona müalicəvi xüsusiyyət bəxş edən bu maddə elm təməlli şirkət tərəfindən özünə məxsus üsulla zəfərandan əldə edilir.

“Gördüyünüz kimi burdakı təchizatların hamısı yerli istehsaldır. Bizə lazım olan bütün təchizatlar yerli istehsalçılar tərəfindən təmin edilib. Görülən işin kəmiyyət və keyfiyyət baxımından yoxlanılması da burada həyatakeçirilir. Daha sonra, əldə edilən məhsul xammal olaraq dərman zavoduna göndərilir və ondan dərman hazırlanır.”

İbn Sina araşdırmalar müəssisəsindən çıxaraq, dərman zavoduna gedirik. Və dərmanların hazırlanması prosesi ilə yaxından tanış oluruq.

“Elm təməlli şirkətlərdən biri bizə maraqlı təklif ilə müraciət etdi və biz də lazımi araşdırmaların aparılmasından sonra, bu maddənin çox yaxşı müalicəvi təsirə malik olduğunu gördük. Digər tərəfdən bu dərman bitki tərkibli olması ilə yanaşı, tamamilə yerli bir məhsul sayılır. Hazırda zəfərandan istehsal edilən dərman preparatlarına ölkə əczaxanalarında rast gəlmək mümkündür. Bu məhsulun digər ölkələrə xrac edilməsi üçün xarici şirkətlər o cümlədən Avropa və Cənubi Koreya şirkətləri ilə də müzakirələr aparılır. Və çox gəlirli sahə hesab olunur.”

“Kerosina”dan hazırlanan dərman preparatından “Xatəmül-Ənbiya Göz Xəstəlikləri Xəstəxanasında” geniş istifadə olunur.

“Göz xəstəliyindən əziyyət çəkən pasientimiz “Kerosina” dərmanından istifadə etməklə çox yaxşı irəliləyişə malik olub. Bu dərman pasientin diabet xəstəliyinin nəzarət altında saxlanılmasına da kömək edib.”

Möcüzələr yaradan Zəfəran bitkisinin faydaları bununla da bitmir və gələcəkdə yeni xüsusiyyətlərinin aşkar edilməsi ilə zəfərəandan daha artıq faydalanmaq mümkün olacaq.