Okt 21, 2018 17:47 Asia/Baku
  • İranlı idmançı qayaya dırmanma üzrə dünya çempionatında üçüncü olub
    İranlı idmançı qayaya dırmanma üzrə dünya çempionatında üçüncü olub

İranlı idmançı Reza Əlipur Çində keçirilən qayaya dırmanma üzrə dünya çempionatının bürünc medalını əldə edib.

İranlı idmançı Reza Əlipur qayaya dırmanma üzrə dünya çempionatının sürət növündə 5,990 saniyə zamanla yarışların bürünc medalını qazanıb.

Əlipur İndoneziya və İtaliyadan olan idmançılardan sonra üçüncü pillədə dayanıb.

Qayaya dırmanma üzrə beşinci dünya çempionatı dünən 21 ölkədən 79 idmançının iştirakı ilə Çində başlanıb.