Okt 27, 2018 18:55 Asia/Baku
  • İran ixtiralar festivalında 10 qızıl medal qazanıb
    İran ixtiralar festivalında 10 qızıl medal qazanıb

İranın məktəblilərdən ibarət komandası Cənubi koreyada keçirilən Asiya 2018 elm və ixtiralar sərgisində 10 qızıl medal və bir özəl beynəlxalq mükafat qazanıb.

İRNA-nın verdiyi məlumata görə, Asiya 2018 elm və ixtiralar sərgisində iranlı məktəblilər Şayan Asəf və İlham Zare texniki mühəndislik, Kiyan Miraftabzadə yeni enerji növləri, Məhdiyyə Qasımzadə və Şəqayiq İmadi kimya, Səccad Əhmədi bioelektronika və Fatimə Şücai abadlaşdırma və memarlıq fənlərində rəqabətlərin qızıl medallarını qazanıblar. 

İranlı məktəbli komandasından Məhəmməd Kazimi və Məhəmməd Süleymani də müştərək şəkildə sinir elmləri fənnində, Fatimə Həsən pur astronomiya və Haniyə Cibilli və Haniyyə Əhmədi Nano fənlərində qızıl medal əldə ediblər. Nano kimya fənnində Nazənin Bərzin də qızıl medaldan əlavə yarışların özəl beynəlxalq mükafatına da layiq görülüb. 

İran İslam Respublikasının Cənubi Koreyadakı səfiri Səid Badamçı Şəbistəri iranlı məktəblilərlə görüşündə bu uğurlara görə onları təbrik edərək, məktəbliləri mükafatlandırıb. 

Asiya 2018 elm və ixtiralar sərgisi 14-23 yaş qrupu çərçivəsində oktyabrın 16-24-də Cənubi Koreyanın Dayceon şəhərində 34 ölkədən məktəblilərin iştirakı ilə keçirilmişdir. 

Teqlər