Noy 10, 2018 21:39 Asia/Baku
  • İranlı mütəxəssisdən bir ilk; Məhsul yığımında itkiyə son
    İranlı mütəxəssisdən bir ilk; Məhsul yığımında itkiyə son

Dənli bitkilərin becərilməsində ən narahat edici məqam məhsul yığımı zamanı, məhsulun bir hissəsinin itkiyə getməsidir. İndiyə kimi bunun qarşısını almaq mümkün olmayıb. Amma, Mərvdəştli mütəxəssisin icad etdiyi yeni texnika itkiyə gedən məhsulları tolayaraq, onu əkinçiyə geri qazandırır.

Məhsul yığımı fəslində əkinçinin qanını qaraldan şeylərdən biri məhsulun itkiyə getməsidir.

Əkinçi: “İtki həddən artıq çoxdur. Bir baxın. Bunların hamısı itkidir.”

Mütəxəssislərin dediklərinə görə, dənəli bitkilərin 5-10%-i məhsul yığımı zamanı itkiyə gedir: “Dənli bitkilərdə itkiyi həmişə olub. Həm kombayın ilə məhsulun yığılması, həm də gülək və dolu kimi təbii hadisələr zamanı.”

İtki həmişə olub. Amma, bunu önləmək üçün bu günə kimi hansısa iş görülüb?

Əkinçi deyir: “Yox, heç vaxt.”

Amma, bu Mərvdəştli mütəxəssis 5 il sürən araşdırmalarının sonunda, nəhayət çarə tapmağı bacarıb: “Bu texnika yerə tökülən dənələri sovuraraq, onları toplayır.”

Bu texnika məhsul yığımından sonra zəmiyə daxil olaraq, yerə tökülmüş dənələri tozsoran kimi soraraq, toplayır: “Dənli və ləpəli bitkiləri asanlıqla tolamağa qadirdir.”

Əkinçi deyir: “Təqribən 2 hektarlı çəltik zəmisini biçdikdən sonra, çəltik dənələrinin küləşdən ayrılması əməliyyatı bu texnika ilə həyata keçirilir. Nə qədər məhsulun itkidən xilas edildiyini bilmək istəyirik.”

Məhsulun sahibi deyir: “Biz bu texnikadan çox yarzıyıq. Hər hektardan 250 kq məhsulu itkidən xilas etməyi bacarmışıq.”

Bir başqa əkinçi isə deyir: “Bizim üçün əlavə gəlir deməkdir. İtkiyə gedən məhsulumuzu yenidən bizə qazandırdı.”

Bu texnikanın hazırlanması üçün 45 milyon tümən vəsait xərclənib və gün ərzində 5 hektar ərazini təmizləməyə qadirdir. Əgər bu texnika kütləvi istehsala malik olarsa, ölkə səviyyəsində itkiyə gedən məhsulu yenidən əkinçiyə qazandırmaq mümkün olacaq. Bu zəmilərin ümumi sahəsinin 16 milyon hektar olduğunu nəzərə alsaq, geri qazanılan məhsulun həcminin xeyli çox olacağını təxmin etmək heç də çətin deyil.