Noy 12, 2018 20:17 Asia/Baku
  • Həmədanda beynəlxalq turizm seminarı işə başlayıb
    Həmədanda beynəlxalq turizm seminarı işə başlayıb

Ümumdünya turizm iclasının qırxıncı illik seminarı bu gün İranın Həmədan şəhərində işə başlayıb.

"Mədəni turizmin mədəni proqram, texnologiya və innovasiyadan bəhrələnməsi üzrə beynəlxalq seminar" adı altında keçirilən bu üçgünlük iclasın açılış mərasimində otuz ölkədən ümumdünya turizm iclasının səksən üzvü iştirak edir.

Ümumdünya turizm iclasının qırxıncı illik seminarında Azərbaycan Respublikasının nümayəndələri də iştirak edir.

Turizm infrastrukturlarının kəmiyyəti və keyfiyyətinin yüksəldilməsi, yeni fürsətlərin yaradılması, investorun cəzb olunması, həmçinin Həmədan vilayətinin iqtisadi rövnəqi ümumdünya turizm iclasının qırxıncı seminarının hədəflərindəndir.

Ümumdünya turizm iclasının qırxıncı seminarı noyabrın 16-dək davam edəcək. Həmədan bundan öncə Asiya turizmi paytaxtı üzrə beynəlxalq konfransa ev sahibliyi etmişdi.

Teqlər