Noy 17, 2018 14:16 Asia/Baku
  • İran nar istehsalında dünyada birinci yerdədir
    İran nar istehsalında dünyada birinci yerdədir

İranın əkinçilik cihadi nazirinin müavini İranın nar istehsalı sahəsində dünya üzrə birinci yerdə durduğunu bildirib.

İRİB-in verdiyi məlumata görə, Hüseyn Şirzad İsfahanda nar üçün şükür mərasimində deyib: İran 80 min hektar nar sahəsinə və illik 750 min ton nar istehsalı ilə dünya səviyyəsində bu məhsula ayrılan sahə və onun istehsalı miqdarının yarısını özünə aid edib. 

Hüseyn Şirzad İranda nar istehsalının orta hesabla hər hektar üçün 12 ton təşkil etdiyini bildirərək deyib: Bu məhsulun hər hektar üçün istehsal miqdarı 50 tona da çatır. 

İranlı nazir müavini deyib:İranda narın istehsalı orta hesabla 10-12 min tondur və şərizada nar istehsalının artırılması ilə bu rəqəm 14-15 min tona çatdırılacaq. 

 

Teqlər