Noy 17, 2018 21:37 Asia/Baku
  • Tehranda avtomobil detalları sərgisi
    Tehranda avtomobil detalları sərgisi

Tehran beynəlxalq avtomobil detalları sərgisi İranda ticarət və sənaye üzrə ən önəmli və ən mötəbər tədbirlərdən biri olaraq hər il daxili və xarici şirkətlərin iştirakı ilə keçirilir.

İranda avtomobil bazarının əhəmiyyəti bir çox ölkələri İran bazarında biri biri i lə rəqabətə cəlb edib. Onların hər biri bu sektora investisiyada mövqeyə malik olmaq istəyirlər. 

İstehsalçı: 12 yaşımdan atamın kənarında radiator təmiri ilə məşğul oldum və təcrübələrlə yanaşı bu sənəti elmi şəkildə də öyrəndim. 80 ildir radiator istehsal edirik. Orta şərq, Avropa, Orta Asiya, Cənubi Amerika və Ərəb dünyasından ibarət 30 ölkəyə məhdullarımızı ixrac edirik. Ardıcıl olaraq 6 ildir ki, nümunəvi ixracatçı mövqeyinə layiq görülmüşük.

İstehsalçı: Biz Orta şərq üzrə yeganə sənaye hiterləri istehsalçısıyıq. Bizim aparatlarımız isti hava istehsal edir. 

Tehranda keçirilən avtomobil detalları sərgisinin 13-cü dövrü o qədər əhəmiyyətlidir ki, Türkiyə, Çin, Taivan, Cənubi Koreya , Hindistan və Almaniya bu sərgidə qrup şəkilində iştirak ediblər. 

Ekspert: Tam cürətlə demək olar ki, İran avtomobil detalları istehsalı baxımından inkişaf etməkdədir. 

Ölkəyə hökm sürən iqtisadi şərait iranlı istehsalçı və sənaye adamlarının parlamaları üçün zəmin yaradıb və onları özlərini dünya standartlarına çatdıra , cəmiyyətdə milli mallara dəstək düşüncəsini möhkəmləndirə bilərlər.