Noy 17, 2018 21:42 Asia/Baku
  • İran yaxın gələcəkdə benzin istehsalında özünütəmin səviyyəsinə çatacaq
    İran yaxın gələcəkdə benzin istehsalında özünütəmin səviyyəsinə çatacaq

İlin sonunadək Fars körfəzi ulduzu neftayırma zavodunun tam istifadəyə verilməsi ilə İran benzin istehsalında özünü təmin səviyyəsinə çatacaq və bu məhsulun ixracatına da imkan yaranacaq.

Bəndərabbas limanında Fars körfəzi ulduzu neftayırma zavodunun 700 tonluq qurğusu quraşdırılıb. 

70 metr uzunluğu olan nefta hidrogen süzgəc bölməsi reaktoru Orta şərqin ən iri reaktorudur. 

Mühəndis: Bu qüllənin bütün neftayırma zavodlarında quraşdırılması standartlara görə 10 gün çəkir amma iranlı mütəxəssislərin fasiləsin səyləri nəticəsində bu nəhəng qurğu 21 saat ərzində quraşdırıldı və bu sahədə rekort əldə olundu. 

Bu reaktorda ağır kondensiyaların qarışığı ayırılır və sonra distillasiya bölməsinə ötürülür. 

Bu önəmli hadisə zavodun üçüncü fazasının istifadəyə verilməsi uğrunda atılan növbəti addım hesab olunur. 

Daxili mütəxəssislər öz qabiliyyətlərini sübut etdirdikdən sonra indi zavodun inkişaf proqramı və 4-cü fazanın icrası əməliyyatıda həyata keçirilməkdədir. 

Fars körfəzi ulduzu neftayırma zavodu dünyanın ən iri qaz kondensiyaları zavodu hesab olunur. Zavod benzin, mazot, maye qaz və cet yanacağı istehsal etmək üçün inşa edilib və gündəlik 360 min barrel isehsal qabiliyyətinə malik olacaq.