Noy 18, 2018 21:40 Asia/Baku
  • Bir daha İranda robototexnika üzrə elmi nailiyyət əldə olunub
    Bir daha İranda robototexnika üzrə elmi nailiyyət əldə olunub

Tehran Universitetinin Elektrik və Kompüter fakültəsində yerimə və qaçma zamanı enerji istehlakının azalması ilə iki robot qıçıının düzəldilməsi. Bu elmi nailiyyətin xəbəri ölkə xaricində də rəğbətlə qarşılanıbdır.

Qaçış zamanı enerji istehlakının azaldılması problemi dünya universitetlərində bir çox tədqiqatçını özünə çəkmiş bir fenomendir.

Məcid Nili- Tehran Universitetinin Elektrik və Kompüter fakültəsinin dekanı: Biz öz bədənimizə nəzarət etməyi nə cür öyrənirik. Bizim yaranışımız elədir ki, minimum enerji sərf etməklə öz işlərimizi görə bilirik.

Tehran Universitetinin Elektrik və Kompüter fakültəsinin tədqiqatçıları ötən on ildə robototexnika elmi, enerji istehlakı və hərəkətin mürəkkəbliyinə nəzarət üzərində araşdırma apararaq, müxtəlif modellər düzəldiblər.

Nili: Dünyada geyinə bilən robotların düzəldilməsi sahəsi olduqca fəaldır. Və heç kəs indiyə kimi iki qıç arasında enerjinin asanlıqla yerdəyişməsi və qaçarkən enerji istehlakının azala bilməsi ideyasını irəli sürməmişdi ki, bu universitetin doktorluq üzrə tələbəsi cənab Rezvan Nəsiri onu irəli sürdü.

Nəsiri-əsərin konstruktoru: Oynaqlar üzərində təzyiq azalarkən daha yaşlı şəxslər də hərəkət edə bilərlər. Bəzi universitetlərdə bu problemin üzərində işlənilmiş, amma uğur qazanmamışdı. Nəhayət, biz sadə konstruksiya ilə və motordan istifadə etmədən onu həyata keçirə bildik.

Bu araşdırmanın səs-sorağı daxili mediaları aşaraq, beynəlxalq medialara gedib çatdı.

Nyu-York Tayms "Qaçmağı daha asan və daha sürətli edən vasitə" adlı məqalədə bu nailiyyəti şərh edibdir.

Nəsiri: Bu vasitə bir "vərəq spiral"dan istifadə edir ki, enerji iki qıç arasında hərəkətdə olmuş olsun. Nəticəsi bu olacaqdur ki, saatda doqquz kilometr sürətlə enerji istehlakını səkkiz faiz azaltmış olaq.

Bu tədqiqat layihəsinə təklif edilən ad, "mən qaçdım" mənasını verən "I ran"dır. Layihə İran da adlanır.