Noy 19, 2018 08:24 Asia/Baku
  • İranın gənc sərbəst güləşçiləri dünya üçüncüsü olublar
    İranın gənc sərbəst güləşçiləri dünya üçüncüsü olublar

İranın sərbəst güləş üzrə 23 yaşından aşağı milli komandası dünya çempionatında üçüncü olub.

23 yaşından aşağı gənc sərbəst güləşçilər arasında dünya çempionatı noyabrın 16-dan 18-dək Rumıniyanın Buxarest şəhərində keçirilib.

İranın sərbəst güləş üzrə 23 yaşından aşağı milli komandası 86 kiloqram çəki dərəcəsində yarışan Kamran Qasempourun bir qızıl, həmçinin 74, 92, 97 və 125 kiloqram çəki dərəcələrində Nəvid Zəngəne, Hoseyn Şəhbazi, Əli Şəbani və Əmin Taherinin dörd bürünc medalı və 105 xalla yarışların üçüncüsü olubdur.

Rusiya millisi 181, Gürcüstan yığması isə 108 xalla birinci və ikinci olublar.