Dek 08, 2018 15:39 Asia/Baku
  • "Tara"; İranın ilk səyyar rəsədxanası

Göy cisimlərini müşahidə etmək arzusu hələ qədim zamanlardan bəşəriyyəti maraqlandıran əsas sahələrdən biri olub. Və elə bu arzu ilə yolan çıxan gənc iranlı mütəxəssis ilk səyyar rəsədxanası ilə sadəcə özü deyil, digərləri üçün də belə bir fürsəti gerçəkləşdirib.

Bu “Tara”dır. İranın ilk səyyar rəsədxanası. Bu rəsədxana yerli mütəxəssislərin səyi ilə il yarım müddət ərzində düzəldilib.

Bu rəsədxananın müəllifi deyir: “Teleskopum var idi. Amma, ağır olduğu üçün, onunla işləmək mənim üçün çətin idi. Buna görə də onu bir maşının içərisinə quraşdırmaq qərarına gəldim.”

Səyyar rəsədxananın düzəldilməsinin özünə məxsus çətinlikləri olsa da, bu bacarıqlı mütəxəssislər onun öhdəsindən gəlməyi bacarıblar.

“Heç yerdə heç bir analoqu olmadığı üçün, hər şeyi özümüz etməli idik. Əlbəttə, bəzən xətalara da yol verdiyimiz üçün, hər şeyi təzədən başlamalı olurduq. Layihənin ən çətin qisməti, maşının robot bölməsi, titrəməyə qarşı sensorların quraşdırılması və maşının öz təhlükəsizliyi idi.”

İndi bu texnologiyanın əldə edilməsi ilə onun, digər ölkələrə satışından gəlir də əldə etmək olar.

“Burada maşına bərkidilmiş üç pilləkəni görürsünüz. Titrəməni önləmək üçün maşının alt hissəsinə də 4 qaldırıcı kran yerləşdirilib. Həmçinin, tavanı və maşını genişləndirən mexanizmi də burda müşahidə edirsiniz. Bu isə teleskopun özüdür və onu yuxarı və aşağı doğru hərəkət etdirmək olar.”

Bu rəsədxana dünyada özünəməxsusluğu ilə seçilir. Çünki, bu rəsədxana şəxsi və ümumi istifadə üçün nəzərdə tutulub.

“Rəsədxanalar təlim və təhqiqat üçün olan iki növə bölünürlər. Təlim xarakterli rəsədxanaların üstünlüyü budur ki, adi insanlar da ondan istifadə və astranomiya ilə tanış ola bilərlər.”

Səyyar rəsədxanalar iri şəhərlər ilə müqayisədə daha az çirkləndiricilərə məruz qalan ucqar kiçik dağ kəndlərində göy cisimlərini daha yaxşı müşahidə etmək imkanı yaradır.