Dek 09, 2018 17:21 Asia/Baku
  • "Skopus" saytında farsdilli məqalələr 15-ci yerdə durub

"İranın elm icmasının xəritəsi" qərargahının sədr müavini deyib: 2016-cı ildə fars dilində yazılmış 1800-dən çox məqalə "Skopus" elmi müşahidə saytında qeydə alınıb və dünyanın mötəbər elmi dillərindən biri kimi fars dilinə 15-ci yer verilib.

Əbbas Haci Axundi bu gün bir mətbuat konfransında əlavə edib: Elm və texnologiya baxımından 2001-ci ildə beynəlxalq etibara malik olan və mötəbər "Skopus" elmi müşahidə saytında qeydə alınan məqalələrin sayı bütövlükdə 42 idi ki, fars dili dünya dilləri arasında 33-cü idi.

Haci Axundi İranın elm və texnologiya ixracatındakı irəliləyişlərinə işarə edərək deyib: 1380-ci günəş ilində İranın ixracatı yüksək texnologiyaya malik modern məhsulların dollarlıq dəyəri cəhətdən təqribən 27 milyon dollar idi ki, bu rəqəm 1395-ci günəş ilində 231 milyon dollara çatdı.