Dek 11, 2018 21:31 Asia/Baku
  • Buşar; dünya şöhrətli məhsul
    Buşar; dünya şöhrətli məhsul

İranın qida sənayesi ölkənin öncül sənayelərindən biri olaraq, sadəcə daxili bazarlarda deyil, xarici bazarlarda da böyük tərəfdara malikdir. Bu sahədə fəaliyyət göstərən uğurlu şirkətlərdən biri isə “Lina” şirkətidir.

“Bu, bizim ixtira etdiyimiz və bir çox ölkəyə ixrac etdiyimiz dünya şöhrətli buşardır. Buşar bizim fəxrimizdir.”

Bu məhsul uzun illər sürən araşdırmaların ardınca Lina şirkəti tərəfindən istehsal edilməyə başlayıb.

“Snack” sənayesində təqribən 50 ilə yaxındır ki, heç bir yeni ixtira olmayıb və heç bir yeni məhsul istehsal edilməyib. Amma, bizim şirkətimiz yeni bir ixtira ilə ilk dəfə olaraq qabıqsız popkorn istehsal etməyi bacarıb. Bu məhsul dünyada qeydə alınıb.

Yumşaq, təbii və müxtəlif dadlarda olması bu məhsulun Amerika, Avropa və Asiya ölkələrinidə qeydiyyata alınmasına səbəb olub.

Biz ilk dəfə olaraq ötən il ABŞ-ın Səhiyyə Nazirliyinin lisenziyasını əldə edərək, Çikaqoda keçirilən sərgidə bu məhsul ilə iştirak etməyi bacardıq.

Məhsulumuz çox yaxşı qarşılandı və bizdən bu məhsulun istehsal texnologiyasını ixrac etməyimizi istədilər.

Amma, Ağ Ev başçılarının siyasətləri amerikalıları bu məhsuldan məhrum qoyub.

Amerikaya sadəcə 2-3 mərhələdə məhsul ixrac etmişik. Daha sonra Amerika hökuməti tərəfindən qadağa qoyuldu.

“Lina” şirkəti “buşar” ilə yanaşı popkorn, vafli və bu qəbildən olan 180 növdə məhsul istehsal edərək, yerli və xarici bazarlarda satışa çıxardır.

“Lina” şirkəti yerli və beynəlxalq standartlar üzrə bir sıra sertifikatlara o cümlədən İSO-9001, İSO-22000, İSO-18000, İSO-14000 sertifikatlarına malikdir. Və tamamilə təbii rəngdən istifadə edilir.

“Lina” şirkəti həmçinin 1200 nəfəri işlə təmin etməklə, məşğulluq sahəsində də uğurlu şirkətlərdən birinə çevrilib.