Dek 17, 2018 12:46 Asia/Baku
  • İran buza çıxmaq idmanı üzrə dünya ikincisi oldu
    İran buza çıxmaq idmanı üzrə dünya ikincisi oldu

İranın milli komandası Rusiyada keçirilən buza çıxmaq yarışlarında dünya ikincisi olaraq, gümüş medala layiq görülüb.

İRNA-nın məlumatına görə, İranın buza çıxmaq üzrə milli komandası Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən dünya çempionatında müxtəlif kateqoriyalar üzrə yaxşı göstəricilər əldə edərək,ikinci olub. 

Bu ilki yarışlarda İran komandasından Məhəmmədrza Səfdəryan "Kombayn" kateqoriyası üzrə fərdi yarışlarda bürünc medal əldə edib. 

Bu yarışlarda İranı təmsil edən idmançılar Məhəmməd Rza Səfdəryan, Möhsün Beheşti, Zeynəb Kübra Musəvi və Şəbnəm Əsədi olub. 

Teqlər