Yan 04, 2019 16:50 Asia/Baku
  • İranda döymə sənəti-Reportaj

Miladdan qabaq birinci minilliyin əvvəllərində İranda metalçılıq sənəti meydana gəldi. Bu sənət səfəvilər dövründə çiçəklənmənin zirvəsinə çatdı.

Zərbələrin sədası.

Min illər bundan öncənin yadigarı.

Ustad Mir Fəxrayi əsl döyməçilik sahəsində 46 il fəaliyyət göstərən bir sənətkardır.

Müsahibə: Üç-dörd min il bundan qabağa aiddir. Əsl İran işlərindəndir. Çox yaxşı izafi dəyərdir.

Quran ayələri ilə naxışlanmış daş su qabı dəyərli bir əsərdir. Ustad, Rəzəvi hərəminə təqdim etmək üçün təqribən 16 il onun üzərində işləyibdir.

Müsahibə: Sütundan başladıq ki, شجره طیّبة olan  "أَلَمْ تَرَ کَیْفَ" ayəsi yazılıb. Yuxarı tərəfdə Kosər ayəsi və bu hissədə şəhadəteyn yazılıb. Bu hissədə altı çərçivəyə malik ki, Qurani-Kərimdən altı müxtəlif ayə yazılıbdır.

Bu iranlı sənətkar öz fəaliyyəti dövründə on iki ustad yetişdirə bilibdir.

Müsahibə: Çox yaxşıdır ki, gənclər öz mədəniyyət və incəsənətimizə üz tutaraq, mədəniyyətimizi yaşatsınlar.

Geniş İran ölkəsi daima görkəmli sənətlərin yarandığı bir məkan olubdur ki, bu tarixi hədiyyəni irs kimi qorumaq bizim borcumuzdur.

Müsahibə: Bir zamanlar yalnız qumsallıq olmuş ölkəmizdən cənubda yerləşən kiçik ölkələr bizim əsərləri toplayıb apararaq, öz ölkələrində muzey və sərgilər təsis və təşkil edirlər ki, özləri və övladları üçün keçmiş və tarix düzəltmiş olsunlar.

İranlıların mədəniyyətində döymə sənəti xüsusi yerə malikdir ki, din və adət-ənənələrdən təsir alaraq, metal əşyalar üzərində naxışlanıbdır.

Bu sənət nəsildən-nəsilə ötürülüb və gənclərin iştirakı ilə yenidən canlanıbdır. Rövnəq tapmaq və daima yaşamaq üçün biz xalqın diqqətinə ehtiyaclıdır.