Yan 12, 2019 21:41 Asia/Baku
  • Ətaabad; fərqli kənd

Gülüstan ostanının Ətaabad kəndinin sakinləri "işsizi olmayan kənd" layihəsini icra edərək ölkədə mebel istehsalı qütbünə çevriliblər və bütün kənd sakinləri işlə təmin olmaqla yanaşı keyfiyyətli İran malı da bazara təqdim olunur.

-Hamı işlə məşğuldur, bizdə bir nəfər də işsiz yoxdur. 

 

-Nəinki işsiz yoxdu, hətta bizdə işçi qüvvəyə ehtiyac da var. 

 

-Kəndin hər bir güşəsindən əmək və istehsal səsi eşidilir. 

 

-Burada 200 mebel istehsalı emalatxanası və sərgisi var. boyama sexlərinin sayı isə 40-a çatır.

 

Burada hər bir ev emalatxanadır, iş yeridir, istehsal obyektidir. 

 

-Hər bir emalatxanada 7-8 nəfər işlə məşğuldur

 

-Qadınlar daha çox tikiliş və dərzi işləri ilə məşğul olurlar. 

 

Artıq əkinçilik kəndlilərin yeganə gəlir mənbəyi  deyil.

 

-əkinçiliklə də məşğul oluram onun kənarında bu işi də görürəm.

 

-Ətaabad kəndinin mebel sənayesi il ərzində 500 milyard dollar maliyyə dövriyyəsinə malikdir. 

 

Diqqəti çəkən maraqlı məsələ bundan ibarətdir ki, kəndin yeni sənayesinin yaşı heç 10 ilə də çatmır.

 

-Fikirləşdik ki, bu fəaliyyəti burada daha asan şəkildə həyata keçirmək mümkündür, burada işçi qüvvə çox və ucuzdur. Məhz buna görə də bu sənayeni burada istifadəyə verdik əlbəttə hökumətin yardımları da təsirsiz deyildi. 

 

Çeşidli sərgilər kəndi böyük bir mebel bazarına çevirib. 

 

-burada istədiyin mebeli mütləq tapacaqsan.

 

-Məni emalatxanaya aparıb hər şeyi mənə göstərdilər. Burada alış-verişdə arxayınlıq var. yaxşı mal aldığından əmin olursan. 

 

Sənaye şəhərciyinə çevrilən bu kənd təbii ki, müəyyən infrasturukturlara da ehtiyaclıdır. 

 

-Biz emalatxanamızı genişləndirmək üçün dövriyyədə olan sərmayəyə ehtiyaclıyıq. 

 

-Biz ilk növbədə lissensiyası olmayan hər şeyi qanuniləşdirdik və bu gün Ətaabad Ağ Qüllə bölgəsində Mebel sənaye kompleksi inşa etməyi planlaşdırırıq.

 

Bu uğurlu təcrübə göstərir ki, ölkənin bütün kəndləri Ətaabad ola bilərlər. Bunun üçün öz potensialları və malik olduqları imkanlara düzgün qiymət verməli uyğun investisiyalar həyata keçirilməlidir. İnvestisiya heç şübhəsiz ki, kəndlərdə iş yerlərinin yaranması və kəndlərin özünü idarə səviyyəsinə çatmasına gətirib çıxarır.