Yan 17, 2019 10:58 Asia/Baku
  • Asiya Çempionatı; İran növbəti mərhələdə
    Asiya Çempionatı; İran növbəti mərhələdə

Asiya Çempionatının davamında İran-İraq matçının qolsuz başa çatması ilə İran millisi qrupunun lider komandasıkimi növbəti mərhələyə yüksəlib.

İRNA-nın məlumatına görə, Asiya Çempionatının davamında qrup oyunları mərhələsində İran və İraq arasında baş tutan qarşılaşma heç-heçə başa çatıb. 

Dubayın "Əl-Məktum" stadionunda keçirilən matçın heç-heçə başa çatması ilə İran millisi 7 xalla dördüncü qrupun lider komandası kimi növbəti mərhələyə yüksəlib. 

17-ci Asiya Çempionatı 24 komandanın iştirakı ilə 5 yanvarda Birləşmiş Ərəb Əmirliklərində start götürüb. Oyunlar fevralın 1-inə kimi davam edəcək. İran millisi indiyə kimi 14 dəfə Asiya Çempionatında iştirak edib və 3 dəfə bu çempionatın qalibi olub.