Yan 17, 2019 21:36 Asia/Baku
  • Meyqan gölü; İranın natrium sulfat qaynağı
    Meyqan gölü; İranın natrium sulfat qaynağı

İranda yeganə natrium sulfat zavodu sayılan İranın Mədən Duzları Zavodu ildə 40 milyon dollar valyutaya qənaətin edilməsinə imkan verir.

Meyqan gölü. Gözəl təbii mənzərələri ilə yanaşı dəyərli mədən.

“Bu məntəqə İranda tanınmış ən iri natrium sulfat mədənidir.”

Bu göl, köçəri quşların iqamətgahı olduğu üçün ilin yalnız müəyyən fəslində istismara açıqdır.

“Bu mədən iyun ayından noyabr ayına kimi açıqdır.”

Bu dəyərli maddə çıxarıldıqdan sonra, mədənin yaxınlığındakı zavoda köçürülür və saflaşdırılır.

“Mədəndən çıxarılan maddə depoya boşaldıldıqdan sonra, emal prosesi başlanır.”

Bu maddə yuyucu maddələrinin hazırlanması və şüşə istehsalında xammal olaraq istifadə edilir.

“Yuyucu maddələrin 40%-ni bu zavodda istehsal edilən natrium sulfat təşkil edir.”

Ölkə il ərzində təqribən 200 min ton natrium sulfat pudrasına ehtiyaclıdır.

“Hal hazırda İranın Mədən Duzları zavodu ölkənin ehtiyacının 85%-ni təmin edir. Qalan hissəsi isə xaricdən idxal edilir.”

Məqsədin hara olduğunu öyrənmək üçün bu tırlar ilə yola çıxırıq.

Bu tırların məqsədləri Tehran və Qəzvindəki yuyucu maddələri istehsal edən zavodlardır və Savedəki şüşə zavodu idi.

“Natrim sulfat şüşənin əridilməsi zamanı yaranan hava qabarcıqlarının məhv edilməsində istifadə olunur.”

Yenidən zavoda qayıdırıq. Ölkədə yeganə natrium sulfat istehsal edən yerə.

“Bizim məhsulumuz əsasən xammal olaraq istifadə edilir.”

“22 ton yük vurmuşuq, Yəzdə, yuyucu maddələr zavoduna aparırıq.”

Natrium sulfat istehsalı birbaşa olaraq 200 nəfər üçün iş yeri deməkdir. Ölkənin valyutaya qənaət etməsində də rola malikdir.