Yan 25, 2019 16:29 Asia/Baku
  • "Sançeoneo" qış festivalı

Cənubi Koreyada keçirilən "Sançeoneo" qış festivalı həyəcan verici və maraqlı proqramları ilə dünyanın 4 ən məşhur qış festivalından birinə çevrilib.

“Sançeoneo” illik qış festivalı 17-ci dəfə olaraq Cənubi Koreyanın “Huaçeon” şəhərində keçirildi. Ölkə əhalisi və xarici qonaqlar bu festivalda iştirak etmək bəhanəsi ilə Şimali Koreyanın yaxınlığında yerləşən kiçik Huaçeon şəhərində bir araya gəlmişdi. Bu şəhər “Saneçoneo” festivalının keçirilməsi üçün ayrılan büdcədən öz iqtisadiyyatını yaxşılaşdırmaq üçün istifadə edir.

 “Sançeoneo” qış festivalının keçirilməsindən öncəki illərdə balıq bazarı ciddi zərər və ziyana məruz qalmışdı. Buna görə də bir çoxları bu məntəqəni tərk etdilər. Amma, bu festivalın keçirilməyə başlandığı zamandan, kiçik Huaçeon şəhəri bir çox iqtisadi gəlir mənbəyinə malik olub. Biz hər il bu festivalı dəyərləndiririk.

Bu ilki festivalın təşkilatçıları buzun qalınlığını 30 santimetrə çatdıra biliblər. Bəzi festival iştirakçılarının buzu sındırmaq üçün çəkdikləri zəhmət öz bəhrəsini verib. Bəziləri isə səbrlə öz məqsədlərinə çatıblar.

Birinci və ən önəmli məsələ mənim digər iştirakçılardan daha tez müsabiqə meydanında olmağım idi. Mən torumu hamıdan tez suya atdım və əlbəttə, bəxtim də yaxşı gətirdi.

Balıq tuta bilən iştirakçılar onu, təyin olunmuş pavilyondan kabab edilmiş şəkildə təhvil ala bilərlər. Buz üzərində sürüşmək festivalın digər ən populyar müsabiqələrindən biridir. Ötən 6 ildə bu yarışlarda iştirak etməklə yaxşı təcrübə toplayan Kim Uan Su öz təcrübəsindən qələbə çalmaq üçün istifadə edir.

Buz üzərində yaxşı sürüşə bilmək üçün, bacardığınız qədər ağırlığınızı arxaya doğru verməli və xizəyin ön hissəsinin havaya qalxmasına çalışmalısınız. Sürətiniz azaldığı zaman yenidən, güc verərək, sürətinizi qorumalısınız.

Bu festivalın ən maraqlı müsabiqələrindən biri də çox soyuq suda əl ilə balıq tutmaqdır.

Bu qış festivalına yerli sakinlər üçün son dərəcə dəyərli qida və gəlir mənbəyi olan qızıl balığın adı verilib. Bu ilki festivalda 2 milyon insanın iştirak etməsi ötən illərdəki rekordların hamısını üstələmiş olub. Ötən illərdə bu festivala bır sıra əlavələrin edilməsi onun daha sevimli hal almasına və dünyanın 4 ən iri qış festivalından birinə çevrilməsinə səbəb olub.

 

Teqlər