Fev 09, 2019 20:49 Asia/Baku
  • İran - Pakistan xəttatlıq və təzhib sərgisi
    İran - Pakistan xəttatlıq və təzhib sərgisi

İslam İnqilabının qələbəsinin 40-cı ildönümü və müqəddəs Fəcr ongünlüyü münasibətilə Pakistanın paytaxtı İslamabadda iranlı sənətkarların xəttatlıq və təzhib əsərlərindən ibarət sərgi təşkil edilib.

İran – Pakistan xəttatlıq və təzhib sərgisinin açılış mərasimi. İslam İnqilabının qələbəsinin 40-cı ildönümü və müqəddəs Fəcr ongünlüyü münasibətilə Pakistanın paytaxtı İslamabadda iranlı sənətkarların xəttatlıq və təzhib əsərlərindən ibarət sərgi təşkil edilib.

İranlı xəttat: Nəstəliq, şekəste, nəsx və süls xətlərində yazılmış təqribən 27 əsərim bu sərgidə nümayiş etdirilir.

İranlı xəttat:Bu sərgidə 26 əsər ilə iştirak edirəm. Xəttatlıq əsərlərim atama məxsusdur, təzhib işləri isə özümə aiddir. Əlbəttə, anamın da köməyini də unutmaq olmaz.

İran səfirliyinin təşəbbüsü və Pakistanın Milli İncəsənət Fondunun dəstəyi ilə təşkil edilən bu sərgi incəsənət xadimləri və aşiqləri tərəfindən rəğbətlə qarşılanıb.

İran səfirliyinin mədəniyyət attaşesi: İran İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümü münasibətilə və İran mədəniyyətinin tanıtdırılması məqsədilə iranlı və pakistanlı sənətkarların iştirakı ilə xəttatlıq və təzhib sərgisi təşkil etmişik.

Bu sərgidə iranlı sənətkarların 53 habelə, pakistanlı sənətkarlara məxsus onlarla əsər nümayiş etdirilir.

Pakistanın Milli İncəsənət Fondunun sədri: Bu kimi tədbirlər iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə xidmət etməklə yanaşı, bir-birimizin mədəniyyəti ilə yaxından tanış olmağa da kömək edir. Buna görə də təqdirəlayiqdir.

Pakistanın Milli İncəsənət Fondunda  təşkil edilən bu sərgi 11 fevrala kimi davam edəcək.