Fev 12, 2019 21:59 Asia/Baku
  • İranlı mütəxəssislər yeni uğura imza atıblar
    İranlı mütəxəssislər yeni uğura imza atıblar

İranlı mütəxəssislər tibb sahəsindəki uğurlarına yenilərini əlavə etməklə ölkənin xarici məhsullara ehtiyacını bir qədər də azaldıblar. Bununla da sanksiya şəraitində tələbatın yerli məhsullar hesabına təmin edilməsi istiqamətində daha bir mühüm addım atılıb.

Əlirza Qasımi – Şirkətin icraçı müdiri: “5 il sürən araşdırmaların sonunda sonsuzluq və mədə-bağırsaq xəstəliklərinin müalicəsi habelə, xərçəng xəstəliyini müəyyən etmək üçün sümük iliyindən nümunənin götürülməsi üçün istifadə edilən aləti düzəltməyi bacardıq.”

Şərqi Asiyadan və ya Qərbi Avropadan idxal olunan məhsullar bu gün İranda istehsal olunur.

Əli Həsən Zəhrayi – Şirkətin şöbə müdiri: “Bizim istehsal etdiyimiz ən ön əmli məhsul sümük iliyindən nümunə götürmək üçün iynədir. Qan və sümük iliyi xərçəngi üçün diaqnozun qoyulması zamanı onkoloji həkimlər bu iynədən istifadə edərək, xəstənin belinin aşağı hissəsini deşir, daha sonra mərkəzi iynəni çıxardır və sümük iliyindən nümunə götürür.”

Cali ilin sonuna kimi bu iynənin kütləvi istehsalına başlanılmalıdır.

Əli Yəzdxasti – Keyfiyyətə nəzarət müdiri: “Bizim istehsal etdiyimiz məhsullardan biri də sonsuzluğun müalicəsində istifadə edilən “İUİ” katateridir.”

İldə bu məhsuldan 500 min ədəd istehsal edilir.

Əli Yəzdxasti – Keyfiyyətə nəzarət müdiri: “Bu məhsulun istehsal prosesində biz son dərəcə nazik polimer boruların düzəldilməsinə nail olmuşuq.”

Səhər Qurbani – texnoloq: “Bizim məhsullarımız xarici cisimlərin daxilə düşməsini minimuma endirir. Bu da əməliyyatın daha uğurlu alınmasına kömək edir.”

Bu şirkətin mütəxəssisləri ilk dəfə olaraq ölkədə ana bətnindən nümunə götürülməsində istifadə edilən kataterlərin istehsalına da nail olublar.