Fev 13, 2019 15:42 Asia/Baku
  • 37-ci Fəcr film festivalının simurq quşları qanad çaldılar
    37-ci Fəcr film festivalının simurq quşları qanad çaldılar

37-ci Fəcr film festivalının simurq quşları qanad çaldılar.

Bazar ertəsi günü axşamçağı İslam İnqilabı qələbəsinin 40-cı ildönümü ilə bir zamanda 37-ci Fəcr film festivalı Milad qülləsinin konfranslar zalında qalibləri təqdim edərək, öz işini başa vurubdur.

“Ayın bədrləndiyi gecə” adlı bədii film bu festivalda heyrətlərə səbəb oldu və münsiflər heyətinin rəyi ilə altı büllur simurq mükafatını qazana bildi. Büllur simurq mükafatı ən yaxşı rejissor kimi bu filmin rejissoru Nərges Abyara, festivalın ən yaxşı filmi kimi bu filmin quruluşçu rejissoru Mohəmməd Hoseyn Qasemiyə, ən yaxşı mükəmməl qadın roluna görə, aktrisa Fereşteh Sədr Erfayiyə, ən yaxşı birinci qadın rolunun aktrisası kimi Elnaz Şakerdusta, ən yaxşı birinci kişi rolunun aktyoru kimi Hutən Şəkibaya və ən yaxşı makiyaj ustası kimi İman Omidvariyə təqdim olundu.

Nərges Abyar: Bu mükafat bütün rejissor dostlarıma aiddir.

Mohəmməd Hoseyn Qasemi: Filmin bir hissəsini Pakistanda işləmişik. Digər bir hissəsini də Banqladeşdə, pakistanlılar məhəlləsində. İrandan kənar hissələrin çəkilişi İranın daxilindəki çəkilişlərdən daha çətin idi.

Elnaz Şakerdust: Faizə, övladlarının xoşbəxtliyindən başqa heç bir digər arzuya malik olmayan bütün anaların nümayəndəsidir.

Hutən Şəkiba: Hamınıza minnətdaram. Minnnətdaram.

Ustad Əli Nəsirian da “Lağlağaçı” filmində ən yaxşı mükəmməl kişi rolunun ifasına görə, simurq mükafatını qazanıb.

Əli Nəsirian: Bütün gənc istedadlar arasından məni seçdiyinə görə, münsiflər heyətinə təşəkkür edirəm. Festivala təşəkkür edirəm və bu filmin tamaşaçılarına da təşəkkür edirəm.

Bağlanış mərasiminin davamında:

Milli baxışdan ən yaxşı film simurq-u “23 nəfər” filminə,

Ən yaxşı xüsusi meydan effektlərinə, ən yaxşı geyim dizaynına, ən yaxşı səsyazmaya görə simurq mükafatları “Gündüz macərası: qan tələsi” filminə,

Ən yaxşı bədii və təcrübə filminə və ən yaxşı təsvir üzrə xüsusi effektlərə görə, simurq mükafatları “Lağlağaçı” filminə,

Ən yaxşı çəkilişə və ən yaxşı səhnə dekorasiyasına görə simurq mükafatları “Qolamreza Təxti” filminə,

Ən yaxşı montaja və səsyazmaya görə simurq mükafatları “Metri, altı yarım” filminə,

Ən yaxşı ssenariyə və ən yaxşı mətn musiqisinə görə, simurq mükafatları “Qəsre-Şirin” filminə,

Ən yaxşı yaradıcılığa görə, simurq mükafatı “Sonundu hekayət” filminə,

Və münsiflər heyətinin xüsusi mükafatı kimi büllür simurq mükafatı “Qırmızıdərili” filminə görə, Nima Cavidiyə təqdim olundu.

Tamaşaçıların nöqteyi-nəzərindən ən yaxşı filmə görə, büllur simurq mükafatı da “Metri, “altı yarım” filminə görə, filmin quruluşçu rejissoru Seyyed Cəmal Sadatiyana təqdim edildi.

Yanvar ayının otuzundan başlanmış bu festivalda 22 film İran kinosu müsabiqəsi bölməsində, üç animasiya filmi və on film “Yeni baxış” bölməsində, həmçinin yeddi qısametrajlı film və beş sənədli film bir-biri ilə rəqabət aparıbdır.