Fev 16, 2019 15:39 Asia/Baku
  • 20 Asiya və Avropa ölkəsi İranın beynəlxalq moda və geyim festivalında iştirak edir
    20 Asiya və Avropa ölkəsi İranın beynəlxalq moda və geyim festivalında iştirak edir

İranın cənub-şərqində yerləşən Çabəhar azad məntəqəsində keçirilən 8-ci Fəcr moda və geyim festivalının beynəlxalq bölməsi 20 Asiya və Avropa ölkəsinə ev sahibliyi edir.

20 Asiya və Avropa ölkəsinin nümayəndələri 8-ci Fəcr moda və geyim festivalının beynəlxalq bölməsində nəzərdə tutulmuş pavilyonlarda islami geyim və moda sahəsindəki məhsullarını təqdim edirlər.

Tunis, Sinqapur, Kanada, Çin, Qazaxıstan, Qırğızıstan, Rusiya, İtaliya, Suriya, Oman, Fransa, Azərbaycan Respublikası, Ermənistan, İraq, Pakistan, Hindistan, Əfqanıstan, Türkiyə, İspaniya və İndoneziya 8-ci Fəcr moda və geyim festivalının beynəlxalq bölməsində iştirak edirlər.

8-ci Fəcr moda və geyim festivalının beynəlxalq bölməsi fevralın 14-dən 17-dək Çabəhar azad məntəqəsində keçilir.