Mart 02, 2019 11:10 Asia/Baku
  • Finlandiya səmasında
    Finlandiya səmasında "Qütb parıltısı"

Finlandiya səması "Qütb parıltısı" ilə nura boyanıb

Röyters-in məlumatına görə, Şimal Qütbünə məxsus cazibələrdən biri əsrarəngiz "Qütb parıltısı"dır. "Qütb parıltısı" ilin müəyyən günlərində müşahidə edilir. Bu da Şimal Qütbünə yaxın məntəqələrdə o cümlədən Finlandiyada misilsiz gecələrin yaşanmasına səbəb olur. "Qütb parıltısı" özünəməxsus maqnit sahəsinə malik olan günəş fırtınasının yerin maqnit sahəsinə daxil olması və bu iki maqnit sahəsinin bir-biri ilə toqquşması zamanı yaranır. Bu hadisə atmosferdən daha yüksəklikdə olan atomların bir-biri ilə toqquşması nəticəsində parıltı yaratmasına səbəb olur. Gözlənilmədən zahir olan bu parıltılar müxtəlif forma və fərqli şüddətə malik olurlar.