Mart 02, 2019 12:13 Asia/Baku
  • İran Dünya Federasiyası Prezidentliyi Kuboku - 2019 yarışlarının qalibi oldu
    İran Dünya Federasiyası Prezidentliyi Kuboku - 2019 yarışlarının qalibi oldu

İranın milli taekvando komandası cümə günü Kiş adasına keçirilən 3-cü beynəlxalq "Dünya Federasiyası Prezidentliyi Kuboku - 2019" taekvando yarışlarında birinci olub.

İRİB-nin bildirdiyinə görə, üçüncü beynəlxalq "Dünya Federasiyası Prezidentliyi Kuboku - 2019" taekvando yarışları "Kiorogi" və "Parataekvando" bölmələri üzrə yeniyetmələr və böyüklər arasında keçirilib. 

28 fevralda start götürən yarışlarda Azərbaycan, Amerika, İordaniya, Ermənistan, Özbəkistan, Əfqanıstan, İran, Pakistan, Tunis, Çin, Rusiya, İsveç, İraq, Oman, Qazaxıstan, Cənubi Koreya, Gürcüstan, Livan, Polşa və Hindistan iştirak edib. 

Yarışların sonunda İran 5 qızıl, 2 gümüş və 1 bürünc medal ilə birinci oldu. İordaniya 2 qızıl və 1 gümüş medal ilə ikinci oldu. Cənubi Koreya isə bir qızıl medal ilə üçüncü oldu.