Mart 02, 2019 14:37 Asia/Baku
  • Beynəlxalq
    Beynəlxalq "Film 100" festivalı

12-ci beynəlxalq "Film 100" festivalının qalibləri elan olundular.

12-ci beynəlxalq "Film 100" festivalı dünən gecə qaliblərin elan olunması ilə başa çatdı.

Beynəlxalq "Film 100" festivalının başlıca məqsədi əxlaq mövzusunda filmləri himayə etməkdir. Bu ilki "Film 100" festivalında 1328 film iştirak etdi.

Əli Qurbani - "Film 100" festivalının katibi: "Xoşbəxtlikdən İranda 100 saniyəlik filmlər çox yaxşılaşıblar. Xüsusilə dastan mövzusunda. Animasiya və sənədli filmlər bölmələrində də inkişafımız olub. Amma. dastan bölməsində həqiqətən gözəçarpacaq irəliləyiş müşahidə edilir. Biz bu il "İran məhsullarını himayə" bölməsini festivala əlavə etməyi özümüzə borc bildik. Ötən ilki festivalda da əlavə bölmə kimi olsa da, bu il müsabiqə bölməsinə daxil oldu və bu bölmədəki filmlər müstəqil münsiflər heyətinə malik idi. Bağlanış mərasimində də qalibləri müstəqil formada mükafatlandırıldılar. Bu bölmə bu il festivala daxil edilmiş bir bölmə olaraq digər bölmələr ilə yanaşı çox yaxşı keyfiyyətə malik olmaqla diqqətəlayiq bir bölmə oldu."

12-ci beynəlxalq "Film 100" festivalının beynəlxalq bölməsində festivalın baş mükafatı və fəxri diplomu Çex Respublikasından "Raninq Suşi" və İtaliyadan "Sand Sayz" filmlərinə habelə, Yaponiyadan "Saykl"  və Türkiyədən "Piknik" animasiya filmlərinə təqdim edilib.

Münsiflər heyətinin xüsusi mükafatı isə "Dayanmaq" filminin rejissoru Peqah Ənsariyə təqdim edildi.

Tamaşaçı rəyinə əsasən ən yaxşı film mükafatı Seyid Məhəmməd Rza Səadətinin rejissorluq etdiyi "uşaq bezi" filminə verildi.

Festivalın ən yaxşı film mükafatı isə Səmanə Fəzlullah Əsədin rejissorluq etdyi "Getdi" animasiya filminə verildi.