Mart 02, 2019 20:58 Asia/Baku
  • "Space X" şirkətinin kosmik gəmisi kosmosa göndərildi

ABŞ-ın "Space X" şirkətinin "Dragon 2" kosmik gəmisi sərnişinli uçuşların sınaqdan keçirilməsi üçün uğurla kosmosa göndərildi.

Bu, NASA-nın kosmik peyklərinin 8 illik istifadə müddətinin başa çatmasından sonra, sərnişinli uçuşların geri dönüşü üçün son dərəcə böyük əhəmiyyət daşıyan bir sınaqdır.

"Dragon" kosmik gəmisi "Falkon 9" raketi ilə ABŞ-ın Florida ştatında, Cape Canaveraldakı Kennedi kosmik mərkəzindən kosmosa göndərildi. Bu kosmik gəmi kosmosa göndərilməsindən 11 dəqiqə sonra yerin orbitində yerləşib. Uçuşu bir həftə davam edəcək bu kosmik gəminin əsas missiyası yenidən geri qayıtmaq və növbəti uçuşa hazır olmaqdır. Bu kosmik gəmi növbəti uçuşunda 2 kosmonavtı kosmosa aparmalıdır.

"Draqon" bazar günü Qrinviç vaxtı ilə saat 11-də beynəlxalq kosmik stansiyaya yan almalı və bu stansiyada olan amerikalı, kanadalı və rusiyalı kosmonavtlar tərəfindən qarşılanmalıdır. "Draqon" 5 gün sonra beynəlxalq kosmik stansiyanı tərk edərək, Sakit okeanı üzərində yerin atmosferinə daxil olacaq.