Mart 16, 2019 13:29 Asia/Baku
  • Ekologiyaya dəstək aksiyaları
    Ekologiyaya dəstək aksiyaları

Asiyadan tutmuş Okeaniya ölkələrinə kimi müxtəlif şəhərlərdə minlərlə yeniyetmə cümə günü səhər saatlarından beynəlxalq çağırışa əsasən iqlim dəyişiklikləri ilə mübarizəyə diqqət çəkmək üçün dərslərdə iştirak etmək yerinə, beynəlxalq aksiyaya qoşulub.

Məktəblilər və tələbələr dünyanın 100 ölkəsində və 1600 şəhərində o cümlədən Sidney, Seul və Parisdə dərslərdə iştirak etməyərək, iqlim dəyişiklikləri ilə mübarizəyə təkid ediblər.