Mart 18, 2019 17:07 Asia/Baku
  • Novruz festivalı
    Novruz festivalı

Novruz ərəfəsində Tehranın müxtəlif məntəqələrində müxtəlif tədbirlər keçirilməkdədir. Bu münasibətlə bir festival da Niyavəran mədəni-tarixi kompleksində icra olunmaqdadır.

“Səkkizinci sin” Tehranın şimalında keçirilən mədəniyyət festivalının adıdır.

Səidə Yeraqi- festivalın katibi

Biz Novruzun sülh və dostluq mesajını hamıya çatdıra bilmək üçün bu festivalı təşkil etdik və müxtəlif ölkələrin səfirlərini bu mərasimdə iştiraka dəvət edərək, Novruz adət-ənənələrini və İranın müxtəlif məntəqələrindəki müxtəlif qövmlərin yaşayış tərzini təqdim etməyə başladıq.

Bu sərgidə təqdim olunan məhsullar İranın müxtəlif məntəqələrinin mədəni özəlliklərinə əsasən hazırlanmışdı.

Bizim işmiz, Sistan və Bəluçestan vilayətinin əl işləri sənayesinin bir hissəsi olan iynə ilə naxışvurma və ipək üzərində naxışvurmadır. Burada bu işləri təqdim etməklə öz məntəqəmizin sənayesi və qabiliyyətlərini təqdim etməyə çalışırıq.

Müxtəlif zövqlər üçün müxtəlif pavilyonlar.

Mənim əsas peşəm, memarlıqdır. Bu peşədə daxili eskiz çox mühümdür və mən eskiz çəkmişəm. Müştərinin ehtiyacına əsasən, evin hər bir məkanında işlənir və bunların ən əsas özəlliyi, daşlar və materialların iranlı olmalarıdır.

Sistan və Bəluçestan vilayətinin kişiləri də bacarıqlıdırlar.

Bu işlər sikkəduzluq adı ilə tanınıbdır. Kənarında keçə işləri də vardır. Xalçatoxuma və palaztoxuma da Sistan və Bəluçestan vilayətinin yaxşı əl işləri sənayelərindəndir.

Bu səpkidə festivallar bəzi şeyləri təqdim etməlidirlər.

Pərvanə Eskaş- Niyavəran kompleksinin ictimai əlaqələr şöbəsinin məsul şəxsi

1398-ci günəş ilinin Novruzu ərəfəsində Niyavəran mədəni-tarixi kompleksi beşinci “Səkkizinci sin” festivalına ev sahibliyi edir. Bu festival Novruz və sülh mehvərliliyi ilə keçirilməkdədir. Uşaq stansiyası, müxtəlif əl işləri sənayesi pavilyonları və mədəni proqramların icrası bu festivalın fəaliyyətlərindəndir.