Apr 22, 2019 08:30 Asia/Baku
  • İran nümayəndələri yüngül atletika üzrə Asiya çempionatında qızıl və gümüş medal qazanıblar
    İran nümayəndələri yüngül atletika üzrə Asiya çempionatında qızıl və gümüş medal qazanıblar

İran İslam Respublikasının yüngül atletika üzrə Asiya çempionatındakı nümayəndələri diskatma növündə bir qızıl və bir gümüş medal qazanıblar.

İran yığma komandasının Qətərin Doha şəhərində keçirilən yüngül atletika üzrə Asiya çempionatında diskatma növü üzrə nümayəndəsi Ehsan Həddadi diski 65 metr 95 santimetr məsafəyə tullayaraq, birinci olub və qızıl medal əldə edibdir.

İranın digər diskatanı Behnam Şiri də 60 metr 89 santimetr məsafəyə disk ataraq, Asiya ikincisi olub və gümüş medal qazanıbdır.

Həddadi bu yarışların qalibi olaraq, altıncı dəfə Asiya çempionu adını qazanıb və Asiya rekordunu təzələyibdir.

Bu yarışlarda İordaniya, Qətər, Özbəkistan və Çin nümayəndələri üçüncüdən altıncıyadək olan yerlərdə durublar.

Yüngül atletika üzrə 23-cü Asiya çempionatı kişilər və qadınlar bölmələri üzrə bazar günündən başlayaraq, dörd gün müddətinə Qətərin Doha şəhərində keçirilir.

İranın yüngül atletika üzrə yığma komandası 16 idmançı ilə bu yarışlarda iştirak edir.