May 21, 2019 16:45 Asia/Baku
  • İranın 26 universiteti dünyanın ən üstün 963 universiteti arasında
    İranın 26 universiteti dünyanın ən üstün 963 universiteti arasında

İslam Dünyasının Elmi İstinad Portalının rəhbəri: "Layden" reytinq sisteminə və 2019-cu il üçün dünyanın ən üstün universitetlərinin reytinq cədvəlinə əsasən İranın 26 universitetinin adı dünyanın ən üstün 963 universiteti arasında yer alıb.

İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Dehqani "Layden" reytinq sistemini dünyada universitetlərin reytinqini müəyyən etmək üçün ən etibarlı sistemlərdən biri adlandırdı və dedi: Bu sistemə əsasən 2019-cu ildə dünya universitetləri 20 kateqoriya və 4 makro prinsip əsasənda sıralanıblar. Elmi səviyyə, elmi əməkdaşlıqlar, elmi imknalardan sərbəst istifadə imkanı və cinsi çeşidlilik elan olunmuş 4 əsas prinsipdir.

İslam Dünyanın Elmi İstinad Portalının rəhbəri həmçinin dedi: İran ötən illərdə olduğu k imi İslam ölkələri arasında üstün universitetlərin sayı baxımından birincidir və Ərəbistan. Türkiyə və Malayziya kimi region ölkəlrindən universitetlərin sayındakı artım baxımından daha öncüldür.

Teqlər