İyul 13, 2019 20:06 Asia/Baku
  • Moskvada onlarla iranlı və rus elmi əsaslı şirkətin dialoqu baş tutub
    Moskvada onlarla iranlı və rus elmi əsaslı şirkətin dialoqu baş tutub

İran və Rusiyanın elmi əsaslı şirkətlərinin nümayəndələri Moskvadakı “Azimut” olimpiya kompleksində texnologiya sahəsində həmkarlıqların genişləndirilməsini araşdırıblar. Bu iclas onlarla əməkdaşlıq müqaviləsinin bağlanması ilə nəticələnəcək.

Müsahibə(kişi): 14 ildir ki, biz alfa, beta, qamma və iks şüalarının spektrlərinin ölçülməsi və yazılması sahəsində işləyirik.

Müsahibə(kişi): Dünyada ilk dəfə olaraq, bitki əsasına malik olan və İranın ənənəvi tibbinə söykənən miqrenin dərmanını bazara daxil etdik.

Müsahibə(kişi): İstehsal üzrə avtomobil, boru, ev ləvazimatı və qablaşdırma sənayeləri üçün modern tərkiblərin hazırlanması sahəsində fəaliyyət göstəririk.

Müsahibə(kişi): Biz Rusiyada beynəlxalq bazarlar və bu bazarlara daxil olmaq ardıncayıq.

Müsahibə(kişi): İran və Rusiyanın elmi əsaslı şirkətləri əsasında əməkdaşlıq sənədlərinin imzalanması ilə bundan sonra texnologiya sahəsində əlaqələrin yüksək templi inkişafının şahidi olacağıq.

İranın elm və texnologiya üzrə vitse-prezidenti iki ölkənin ticarət və innovasiya sahələri üzrə rəsmiləri, eləcə də texnologiya sahəsində fəaliyyət göstərən 200-dən çox şirkətin nümayəndələrinin iştirak etdikləri İran və Rusiyanın elmi əsaslı şirkətlərinin birgə mətbuat konfransında Tehran-Moskva münasibətlərinin genişləndirilməsi məqsədilə razılaşmaların icrasının sürətləndirilməsini istəyibdir.

Müsahibə(kişi): Demək olar, belə olmamışdı ki, biz 70-dən çox şirkəti iki müxtəlif şəhərdə və iki fərqli proqramda iştirak etdirək. Xoşbəxtlikdən, İran ilə Rusiya arasında ixracat məsələsilə bağlı platforma yaradılmaqdadır. Bu, xüsusən, ixracat bölməsi üçün xas ədəbiyyat və mədəniyyətə ehtiyac duyan elmi əsaslı şirkətlər barədə bu kimi mövzuların baş verməsini sürətləndirə bilər.

İki ölkənin elmi əsaslı şirkətlərinin nümayəndələri və heyətlərinin bu birgə iclasın kənarındakı məşvərətləri qızğın idi.