İyul 14, 2019 20:46 Asia/Baku
  • İranın ilk turizm gəmisinin konstruksiyası və düzəldilməsi
    İranın ilk turizm gəmisinin konstruksiyası və düzəldilməsi

Buşehrli gənc konstruktor İranın ilk sürətli turizm gəmisini konstruksiya edibdir ki, onun düzəldilməsi gəmiqayırma sahəsində bir yenilik sayılır.

Nəreyşen: İranın ilk turizm gəmisinin buşehrli gəncin ciddi-cəhdi ilə konstruksiya edilərək, düzəldilməsi...

Müsahibə: Bu superlüks əyləncə-sərnişin gəmisinin uzunluğu 25, eni isə 8 metrdir. Gəminin korpusunun forması sürətli katamarun olaraq, dənizdə 25 nat sürətlə üzə bilir.

Nəreyşen: Bu əyləncə gəmisi əyləncə bölməsində bir neçə ayrı-ayrı mühitlə sərnşinlərin ixtiyarına ümumilikdə 170 kvadratmetrlik bir mühit qoyur. Sərnişin daşınması bölməsində də 200 sərnişini qəbul etmək imkanına malikir. Bu gəmi dünyanın ən son texnologiyası ilə konstruksiya edilibdir.

Müsahibə: Bu gəminin korpusunun forması gərmə və qatlanan gölməçə sınağına uyğun olaraq konstruksiya edilib və emalatxana çertyojları elədir ki, bu gəmidən eyni vaxtda bir neçəsini düzəltmək olar.

Nəreyşen: Bu əyləncə-turizm gəmisi restoran, hamam, cakuzii, teatr zalı, hovuz və xüsusi sərnişinlər üçün VIP zalına malikdir.

Konsrtuksiyası dörd il sürmüş gəminin düzəldilməsilə turist cəzbindən əlavə, məşğulluq istiqamətində də iri bir addım atıla bilər.

Müsahibə: İstehsal zamanı təqribən yüz nəfər işçimiz olacaq ki, gəmi istifadəyə verilmiş olsun və bu gəmi istifadəyə verilən zaman 200-dən çox insan işlə məşğul ola bilər.

Nəreyşen: Bu gənc buşehrli konstruktor bundan öncə ticarət və sənaye gəmiləri, həmçinin xərçəng balığı ovu üzrə çoxməqsədli gəmilərin konstruksiyası sahəsində də fəaliyyət göstəribdir və indi əyləncə-turizm gəmiləri sahəsində fəaliyyətlə məşğuldur. Səkkiz-on ay vaxt tələb edən bu gəminin düzəldilməsi gəmiqayırma sahəsində bir yenilik sayılır.

Plato: Bu turizm gəmisi ən son və modern beynəlxalq standartlarla düzəldilib və onun düzəldilmə xərci xarici nümunənin qiymətinin yarısı qədərdir.