İyul 15, 2019 08:37 Asia/Baku
  • Türkiyədə
    Türkiyədə "Yaşar Doğu" kuboku uğrunda sərbəst güləş yarışları başa çatıb

Türkiyədə "Yaşar Doğu" kuboku uğrunda sərbəst güləş üzrə beynəlxalq yarışlarda iştirak edən İranın beşnəfərlik komandası bir gümüş və bir bürünc medal qazanıb.

Əli Şəbani 97 kiloqram çəki dərəcəsində final görüşündə Amerikadan olan dünya və olimpiya çempionu Kayl Snayderə 2-0 hesabı ilə məğlub olaraq, gümüş medalçı olubdur.

79 kiloqram çəki dərəcəsində də digər millimiz Bəhmən Teymuri bürünc medal qazanıbdır.

Beynəlxalq Güləş İttifaqının sıralama sistemindən sayılan Türkiyədə "Yaşar Doğu" kuboku uğrunda sərbəst güləş üzrə beynəlxalq yarışlarda 35 ölkədən 300 güləşçi iştirak edibdir.