İyul 16, 2019 21:34 Asia/Baku
  • Məşhəddə Astane Qodse Rəzəvi muzeyi
    Məşhəddə Astane Qodse Rəzəvi muzeyi

İndiyədək İmam Rza(ə)-ın şərif məqbərəsi üzərində bir neçə zireh quraşdırılıbdır ki, hazırkı zireh beşinci zirehdir. Tarixi mənbələrdə imamın pak məqbərəsi üzərində quraşdırılmış zirehlərin tarixi barədə fərqli rəvayətlər qeyd olunubdur ki, bəlkə də onların bir hissəsinə işarə etmək maraqlı olardı.

Bura, səfərin başlanğıcıdır. Tarixin ənginliklərinə bir səfər.

Müsahibə(kişi): Həzrət İmam Rza 500 il bundan öncə zireh sahibi oldu. Və səfəvilər dövründə ilk zirehlər hədiyyə olunaraq, İmam Rza(ə)-ın hərəmində quraşdırıldı, şah Təhmasib Səfəvinin göstərişi ilə.

İmam Rza(ə)-ın ilk zirehi ilə bağlı şəbəkəli qızıl kitabələr pak zirehin cənub tərəfindən başlanır və şərq hissəsində qurtarırdı.

Müsahibə(kişi): İkinci zireh yenə də səfəvilər dövrünə aiddir. Zireh anorqanik poladdan olaraq təqribən 500 illik tarixə malikdir.

Müsahibə(kişi): Bayram və münasibətlərdə bu şamdandan və məşəllərdən istifadə olunardı, xüsusən bu bürünc məşəldən.

Burada tarixin ənginliklərində itirsən, amma fikrin rahatdır, zira İmam Rzanın əmin-aman astanasındasan.

Müsahibə(kişi): Keçmişlə və İmam Rza(ə) ilə əlaqə qurmuşam.

Zəvvarlar üçün bir çox qapılar açmış qıfılları və açarları görmək. Zəvvarların çox ehtiyaclı əllərini gülab yağışına tutan gümüş gülabdanlar/ və burada gözün polad pərdəyə düşəcək. Ürəyin istəyir ki, əllərini çarpazlayıb, dərdlərdən və ehtiyaclardan danışasan.

Müsahibə(qadın): Polad pəncərəni görməklə qəribə bir hiss keçirdim və İmam Rza ilə razuniyaz etməyə başladım.

... Və bəlkə hazırda İmamın pak hərəmində gördüklərimiz gələcək nəsillərin muzeyinin böyük bir hissəsi olacaq.