Avq 06, 2019 21:41 Asia/Baku
  • Kürdüstan İranın idman və əyləncə simulasiyalarının düzəldilməsi üzrə brend
    Kürdüstan İranın idman və əyləncə simulasiyalarının düzəldilməsi üzrə brend

Elmi əsaslı məhsullar. Bu yeni sözün İranın inkişaf ədəbiyyatına daxil olmasından bir neçə ildən çox vaxt keçmir, amma bu qısa müddət ərzində inkişaf prosesinə təsir göstərə bilibdir.

Həyəcan və əyləncə pultu sənəndəcli gənclərin və yeniyetmələrin əllərində...

Kişi: Çox yaxşı və xarüqüladəbir oyun idi. Yeni və fərqli bir hiss.

Qadın: Bu real-virtual ox və kaman oyunudur. Sevinirəm ki, vilayətimizdə xanımlar ilk dəfədir bu oyunu oyana bilirlər.

Kişi: “Beat Saber” oyununu oynadım. Dünya səviyyəsində də müsabiqələri keçirilir.

Bu həyəcan və oyunu düşüncəli bir gənc yaradıb.

Kişi: Bir gün qərara aldıq bir mövzu üzərində işləyək ki, nəinki öz vilayətimiz və ölkəmizdə, həm də dünya bazarlarında da təqdim edilə bilsin.

Ako Keşavərzinin 23 ixtirası olub və bu gün ölkədə istifadəçi və kompüter oyunlarının özünəməxsus simulyasiyasını istehsal edibdir.

Kişi: Yaxşı daxili motorlar istehsal edən daxili şirkətlər var.

Kişi: Biz iki il bundan öncə “AMTEK”(AMTECH) sərgisində də elə bu aparatlar sahəsində əsas elmlər üzrə ən üstün istehsalçı olduq.

Bu məhsullar sərhədlərdən kənarda deyil, Sənəndəc sənaye şəhərinin elə özündə istehsal olunur.

Kişi: Gördüyünüz bu aparat satışa hazır olan məhsulun təkmilləşdirilmiş formasıdır.

Ölkənin bu nümunəvi istehsalçısı 25 nəfər üçün birbaşa, 50 nəfər üçün isə dolayısı ilə iş yaradıbdır.

Kişi: Xoşbəxtlikdən, vilayətin və ölkənin ehtiyacını təmin etmək qüdrətinə malikik. Həmçinin ixracat ərəfəsindəyik.

Bu aparatların Kürdüstanda istehsal imkanının mövcud olduğu bir halda, bu sənaye qrupu himayə olunmalıdır.

Kişi: Bizim bu aparatın istehsalı sahəsindəki gücümüz, ildə əlli aparatdır və əgər rəsmilərin dəstəkləri əlavə olunarsa, qəti şəkildə daha artıq detallar istehsal edə bilərik.

........... Və bu, bir ideyanın əmələ çevrilməsi hekayəti idi.