Avq 07, 2019 20:48 Asia/Baku
  • İranlı qövmlərin izdivac festivalı gecəsi
    İranlı qövmlərin izdivac festivalı gecəsi

İranın şimalında yerləşən Qolestan vilayətində İran diyarı qövmlərinin izdivac mərasimləri üzrə ilk milli festival keçirilib. Bu festivalda ölkədəki on iki etnosun nümayəndələri iştirak ediblər.

Festivalda bu qövmlər hələ ölkəmizdə cərəyan edən elçilik mərhələsindən toy mərhələsinədək olan adət-ənənələri icra ediblər. Sadə həyat tərzinə əsaslanan bu ənənələr müştərək həyata başlamaq üçün gənc cütlüklərə kömək, həmçinin musiqilər, təsvirlər, rənglər və adətlərə şamil olur.

Tədbir əhalinin rəğbəti ilə üzləşib.

Bu festivalla bir zamanda etnosların əl işləri sənayesi məhsulları və soğatlar sərgisi təşkil olunub.

Festivalın kənarında ekspertlər festivala gələnlərə pulsuz evlənmə müşavirəsi veriblər.

Dini və islami əslliyi qorumaqla asan evlənməyi yaymaq və cəmiyyətdə ruh yüksəkliyi yaratmaq bu tədbirin keçirilməsinin məqsədlərindən olubdur.