Avq 08, 2019 21:33 Asia/Baku
  • İranda ən iri ortopedik implantlar zavodu
    İranda ən iri ortopedik implantlar zavodu

İranlı gənclərin ciddi-cəhdi ilə Məşhəd şəhərində təsis edilmiş İran və bölgədə ən böyük ortepediya implantları zavodu İranı bu məhsulları idxal etməkdən ehtiyacsız edibdir.

Hər il ölkəmizin şose yolları saysız-hesabsız yol qəzalarının şahididir. Bu yol qəzaları əgər ölümlə nəticələnməsə də ən azından onların bir çoxu bədən üzvlərinin qüsuruna gətirib çıxarır.

Bədən üzvləri qüsuru xəstəni cərrahiyyə bıçağı altına aparır və ortopediya implantlarını xəstənin bədəninə qonaq edir.

Elə bir neçə il bundan öncəyədək bu metal sümüklər Amerika, İsveçrə, Almaniya, Fransa və İtaliyadan ölkəyə idxal edilirdi.

Müsahibə: Fəaliyyətə başladığımız on il bundan öncə Allah-Taalanın köməkliyi ilə bu günləri yaxşı görürdük.

Bura ölkədə və bölgədə ən böyük və ən fəal ortopediya implantları zavodudur. Bu zavod ölkəmizin gənclərinin ciddi-cəhdi ilə yaradılıb və indi deməyə sözü çoxdur.

Müsahibə: Texniki bilik və həmkarlarımızın səyləri ilə zədə, neyrocərahiyyə, üz-çənə və onurğa sütunu üzrə ayda 12 mindən çox cərrahiyyə əməliyyatı həyata keçiririk.

İldə 500 min ortopedik vint və lövhə, 300 min onurğa sütunu implantı, 200 min üz-çənə implantı və bütövlükdə bir milyon ədəd ortopediya implantı İran bazarının ehtiyacını təmin edir. Bu, bir neçə milyard dollar valyuta qənaəti deməkdir.

Müsahibə: Beynəlxalq səviyyədə keyfiyyətli məhsullar istehsal etmək üçün biz məhsulların ölçülməsindən ötrü 3D skanerləri kimi modern təchizatlardan istifadə etməyə çalışdıq. Bizim təchiz olunmuş laboratoriyamız var.

Bu zavodun ekspertləri deyirlər ki, zavodda bu sənaye fəaliyyət göstərir.

Zavod başçılarının zehinlərində olan perspektiv, daxili bazarı təmin etməkdən əlavə, beynəlxalq bazarlara çıxmaqdır və buna nail olmaq üçün onlar öz məhsullarının keyfiyyətinə inanırlar.