Avq 10, 2019 09:20 Asia/Baku
  • İran güləşçilərinin yeni uğuru
    İran güləşçilərinin yeni uğuru

İran güləşinini nümayəndələri Gürcüstanın böyük mükafatı üzrə beynəlxalq sərbəst və yunan-roma güləşləri yarışlarında 9 müxtəlif medal qazanıblar.

Dünən Gürcüstanın böyük mükafatı üzrə beynəlxalq yunan-roma güləşləri yarışlarında Hamed Tab 67 kiloqram çəki dərəcəsində, Ramin Taheri isə 87 kiloqram çəki dərəcəsində qızıl medal əldə ediblər.

Mohəmməd Əli Gərayi yunan-roma güləşləri yarışlarında 77 kiloqram çəki dərəcəsində, Peyman Biyabani isə sərbəst güləş yarışlarında 65 kiloqram çəki dərəcəsində gümüş medalçı olublar.

Əlireza Sərlək, Əbulfəzl Hacipour və Reza Əfzəli sərbəst güləş üzrə 57, 65 və 74 kiloqram çəki dərəcələrində, "Şirzad Beheşti-Təla", Əlireza Necati 60 kiloqram çəki dərəcəsində, Mohəmməd Cəvad Rezayi və Pejman Poştam isə 67 və 77 kiloqram çəki dərəcələrində yunan-roma güləşləri yarışlarında bürünc medal qazanıblar.

Gürcüstanın böyük mükafatı üzrə beynəlxalq yarışlar avqustun səkkizi və doqquzunda Tbilisi şəhərində keçirilibdir.

Teqlər