Avq 16, 2019 20:24 Asia/Baku
  • Kəndlilər və köçərilərin qabiliyyətləri üzrə dördüncü sərgi
    Kəndlilər və köçərilərin qabiliyyətləri üzrə dördüncü sərgi

Kəndlilər və köçərilərin qabiliyyətləri üzrə dördüncü sərgi İran vitse-prezidentinin iştirakı ilə Tehranda beynəlxalq sərgilər məkanında açılıb.

Çalğı alətlərinin səsi ümidlə dolu həyatdan xəbər verir...

Ölkənin bütün vilayətlərindən gəlmiş köçəri tayfalardan olan kəndlilər. Onların hamısının problemi, istehsal və məşğulluqdur.

Kəndlilər və köçərilərin qabiliyyətləri üzrə dördüncü sərgi dünən İran vitse-prezidentinin iştirakı ilə başlandı.

Kişi: Əgər iqtisadi dözümlülük ardındayıqsa, mütləq şəkildə iqtisadi dözümlülük mərkəzlərindən biri, kəndlər və ölkədəki köçəri tayfaları olan məntəqələrdir.

Bu sərgi ənənəvi yeməkxana və çayxana, mərasim salonu, uşaq və kənd, beynəlxalq qəsəbə, yerli oyunların canlı icrasının təqdimi, cihad qrupları, xeyriyyələr və xeyriyyəçilər, böhranın idarə olunması və passiv müdaifə, ümumi qeyri-hökumət orqanları, maliyyə müəssisələri, simvolik qəbilə, kəndin gələcək iş otağı, kənd məhsullarının ticariləşdirilməsi və marketinq, məşğulluq və istehsal üzrə uğurlu layihələrlə 14 başlıqda keçirilir.

Qadın: Tablo xalça təlim veririk, iki-üç kənddə təqribən 20, 30 işlə məşğuldur.

Qadın: Cənub geyimləri var və sədəfdən düzəldilmiş işlər var.

Kişi: Zəncanın əl işləri bıçaqqayırma, ağacişləmə və sairlə məşhurdur.

Kişi: Kənd çiçəklənmə, inkişaf və istehsal məkanıdır.

Bu sərgidə hər bir vilayət yeni ideyalar və yaradıcılıqlar, müasir texnologiyaların və kəndlərdə davamlı kənd inkişafı istiqamətində həyata keçirilmiş  elmi əsaslı layihələr nümayiş etdirilir.

Qadın: Qonaqlara ənənəvi və yerli yeməklərlə xidmət göstəririk. Yaşayış yerimiz var.

1396-cı günəş ilində qərara alındı ki, kəndlilər sabit məşğulluq yaratmaq üçün milli inkişaf fondu mənbələri məkanından ucuz imkanlar əldə etsinlər. Bu sərgi şəhər cəmiyyəti, istehsalçılar və istehlakçılar, investorlar, əmək birlikləri və iş adamları xüsusiyyət təşkil etməklə əhalinin tanışlığı məqsədilə keçirilibdir.