Avq 18, 2019 21:49 Asia/Baku
  • İranda ən böyük polipropilen kisələr istehsalçısı
    İranda ən böyük polipropilen kisələr istehsalçısı

İranda "istehsala rövnəq" ilində iranlı gənclərin ciddi-cəhdi ilə istehsal və məşğulluq çarxları hərəkətə gəlibdir.

İplər bir-birilərinin ardınca ayrılaraq, keyfiyyətli bir məhsul olurlar.

Bura ölkənin qərbində plastik kisələr sayılan polipropilen kisələr istehsalı üzrə ən böyük zavoddur.

Müsahibə: Bu emalatxanada kənd təsərrüfatı sənayesi, mal-qara yemi və qənd zavodları üçün kisə və neft-kimya sənayesində istehlak olunan plastik kisə növləri istehsal edirik.

Hazırda ölkədə səksən zavod plastik kisələr etməklə məşğuldur.

Hər il burada 4 min ton plastik kisə növləri istehsal olunur.

Müsahibə: Bu bölməyə kerel adlanan iplər qoyulur və iplər əriş-arğac formasında toxunur və sonda rulon edilən bölməyə gedir.

Müsahibə: Müştərinin sifarişi ilə paketlərin üzərinə bir və ya bir neçə boya çəkirik.

Bu sənaye kompleksində yüz nəfər üç iş növbəsində birbaşa, 300 nəfər isə dolayısı ilə işləyir.

Müsahibə: Burada üç növbədə işləyirik. Şükür Allaha, razıyıq.

Müsahibə: Biz var gücümüzlə işləyirik və ölkə daxilində işləməklə istehsal çarxını dolandırırıq ki, ölkəmizə xidmət etmiş olaq.

Nəhayət bu keyfiyyətli plastik kisələr ölkə üçün ildə 9 milyon dollar qənaətə səbəb olur.