Avq 21, 2019 10:12 Asia/Baku
  • Malayziyada əsl İran tərtibatından istifadə olunaraq, Quran çap edilib
    Malayziyada əsl İran tərtibatından istifadə olunaraq, Quran çap edilib

Malayziyada ən iri Quran çapı və nəşri müəssisəsinin müdiri bildirib ki, bu ölkə daxilində çap edilmiş ilk Quran nüsxəsi əsl İran tərtibatından istifadə edilərək, nəşr edilibdir.

Əbdullətif Mirasa deyib: Bu Quran beş il müddətinə yazılaraq işlənib hazırlanıbdır. Onda İran yazılışı və zərləmə, malay qövmünün ekvatorial və yerli mədəniyyəti və boya qarışığından istifadə olunubdur.

O, əlavə edib: Otuz il ardıcıl səydən sonra Malayziyada ən iri qeyri-hökumət Quran çapı və nəşri müəssisəsi yaratmağa müvəffəq olduq. Bu müəssisənin düzəldilməsində İran-İslam memarlığından istifadə olunubdur.

Malayziya Quran çapı və nəşri müəssisəsinin müdiri həmçinin İran İslam Respublikasından hədiyyə aldığı bir neçə cild nəfis Quranın saxlanılması və istifadə olunmasından xəbər veribdir.