Avq 23, 2019 07:36 Asia/Baku
  • İranlı yeniyetmə voleybolçular dünya çempionluğunun ilk addımında

İranın yeniyetmələrdən ibarət voleybol komandası dünya çempionatında öz işinə Bolqarıstan üzərində qələbə ilə başlayıb.

Tunisdə keçirilən yeniyetmələrin voleybol üzrə dünya çempionatında İran yığması Bolqarıstan komandasını 3-1 hesabı ilə məğlub edib.

İranın yeniyetmələrdən ibarət voleybol komandası İtaliya, Çexiya, Bolqarıstan və Kolumbiya ilə birgə, yarışların ikinci qrupuna daxildir.

İran komandası bu gün özünün ikinci görüşündə Çexiya komandası ilə görüşəcək.

İranın yeniyetmələrdən ibarət voleybol komandası bundan öncəki dünya çempionatlarında iki dəfə çempion, iki dəfə də ikinci olubdur.