Avq 23, 2019 07:55 Asia/Baku
  • Zərərvericilərlə mübarizə istiqamətində təbii fenomenlə bioloji nəzarət

Parsabadlı əkinçillər bu layihəni icra edərək, bu il öz əkin sahələrində zəhərlərdən istifadəni 20 min litr azalda biliblər. Bu zəhərsəpmənin azalması ekologiyanın qorunmasına bir müjdədir.

Muğan düzündə çalışan parsabadlı əkinçillər triqoqrama və brakon arılarından istifadə edərək, öz əkin sahələrini zərərvericilərdən qoruyurlar.

Kişi: Zərərvericilərin yumurtalamaları ilə bir zamanda əkin sahələrində triqoqrama arılarından istifadə edirik və triqoqramanın buraxılmasından bir həftə sonra brakom arısını buraxırıq ki, birbaşa gedib zərərvericinin yuvasında yumurtlayır və zərərverici məhv olur.

Həşəratlar, gənələr, alaq otları və bitki xəstəliklərinə şamil olan zərərvericilərlə mübarizə üzrə bioloji nəzarət canlı varlıqlardan istifadə ilə ovçuluq və bitkiyemə metodları və ya digər təbii mexanizmlərlə həyata keçirilir.

Məhsul istehsalı göstəricisinin artırılması imkanı, ətraf mühit çirklənməsinin nisbi azalması və kənd təsərrüfatının davamlı inkişafı istiqamətində hərəkət bioloji mübarizənin məziyyətlərindəndir.

Kişi: Soya, pambıq və pomidor daxil olmaqla müxtəlif əkinlərdə kimyəvi zəhərlərdən istifadənin azaldılması istiqamətində zərərvericilərlə bioloji və kombinə edilmiş mübarizə Parsabad şəhrestanı səviyyəsində və dörd min hektar ərazidə həyata keçirilib.

Bu metod üçün lazım olan həşəratlar Parsabad şəhrestanının özündə istehsal olunur və kənd təsərrüfatı cihadı vasitəsilə fermerlərin ixtiyarına verilir.