Okt 13, 2019 21:48 Asia/Baku
  • İranın qaz mənbələrinin 40 milyard dollarlıq artımı
    İranın qaz mənbələrinin 40 milyard dollarlıq artımı

İranın milli neft şirkətinin mühəndisliyin genişləndirilməsi məsələləri üzrə sədr müavini Şirazın cənubundakı Erəm qaz yatağının kəşfindən xəbər verib.

İranın milli neft şirkətinin mühəndisliyin genişləndirilməsi məsələləri üzrə sədr müavini Reza Dehqan bu gün Tehranda Erəm qaz yatağının kəşf edildiyini bildirərək, deyib: Bu yatağın kəşf edilməsi üzrə qazıntı əməliyyatı 2018-ci ilin iyulunda başlanıb və çöküntü qatlarından keçərək, 4632 metr dərinlikdə bitibdir.

Anbarda yeraltı qazın həcminin 19 trilyon kub futdan çox olduğunu söyləyən Dehqan 40 il ərzində 13 trilyon kub futdan çox qaz çıxarıla biləcəyini və bunun Cənubi Pars yatağının bir blokunun  təxminən 40 illik istehsalına bərabər olacağını söyləyib.

İranın milli neft şirkətinin mühəndisliyin genişləndirilməsi məsələləri üzrə sədr müavini bu yataqdan əldə olunacaq mənfəəti 40 milyard dollar elan edibdir.

Teqlər